“İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanuna ehtiyac var - QƏNİRƏ PAŞAYEVA

  • By admin
  • 18 Yanvar 2017 22:15

qanira-qanira

Millət vəkili Qənirə Paşayeva parlamenti ictimai yerlərdə siqaretin çəkilməsinin qadağan edilməsi ilə bağlı qanun layihəsini yaz sessiyasında müzakirəyə çıxarmağa çağırıb.

Gununsesi.info xəbər verir ki, o, bu yöndə çağırışını Milli Məclisin (MM) Səhiyə komitəsinin yanvarın 18-də keçirilən iclasında da səsləndirib.

Millət vəkili  ictimai yerlədə siqaret çəkilməsinin qadağan edilməsi haqqında qanun layihəsinin parlamentin yaz sessiyasının müzakirəsinə çıxarılmasının vacib olduğunu deyir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda “İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanunun qəbul edilməsinə ehtiyac var, bu qanunun artıq müzakirəyə çıxarılması və qəbul edilməsi vacibdir:

“Dünyanın əksər ölkələrində əhalinin siqaret çəkməyən hissəsini bu cür mənfi təsirdən qorumaq məqsədilə ictimai yerlərdə siqaret çəkməni qadağan edən qanunlar qəbul edilirlər”.

Bu qanunun qəbulunun vacibliyi ilə bağlı mütəxəssislərin fikirlərini səsləndirən Q.Paşayeva “insanlarımızın, özəlliklə gənclərimizin siqaretin zərərli təsirlərindən qorunması istiqamətində daha çox addımlar atmalıyıq və bu qanun mühüm addımlardan biri olardı”- deyir.

Millət vəkili eyni zamanda, 18 yaşına çatmayan uşaqlara və gənclərə siqaretin satışının qanunvericiliklə qadağan edilməsinə baxmayaraq, hələ də ictimai yerlərdə 18 yaşına çatmayan uşaqlara və gənclərə siqaretin satılmasının ciddi narahatlıq yaratdığını deyib:

“Ona görə hesab edirəm ki, yerlərdə18 yaşına çatmayan uşaqlara və gənclərə siqaretin satışı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddəanın icrası məsələsi öz həllini tapmalı və bununla bağlı məsuliyyət də gücləndirilməlidir”.

Millət vəkili onu da sözlərinə əlavə edir ki, gələcəyimizin sağlam böyüməsi üçün bu qanunun icrası və ciddi maarifləndirmə tədbirlərinin aparılması həddindən artıq vacib məsələdir.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info