İğtişaşlar zamanı daha 87 etirazçı xəsarət aldı - VENESUELADA

  • By admin
  • 30 May 2017 08:03

venesuela

Venesuelanın paytaxtı Karakasda iğtişaşlar zamanı 87 etirazçı xəsarət alıb.

Gununsesi.info-nun TASS agentliyinə istinadən verdiyi xəbərə görə, polis və milli qvardiyaçılar  etirazçılara  qarşı gözyaşardıcı qumbaralardan istifadə edib.

Yaralananlar arasında müxalifət lideri Enruke Kapriles və parlamentin deputatı Karlos Paparoninin də olduğu bildirilir.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin əvvəlindən ölkədə iğtişaşlar nəticəsində azı 60 nəfər ölüb, 1000-dən çoxu xəsarət alıb, 2600 nəfər saxlanılıb.

Gununsesi.info