İki türk hərbçisi həlak olub - İRAQDA

  • By admin
  • 21 Fevral 2018 23:05

İraqın şimalındakı Karineş bölgəsində iki türk hərbçisi həlak olub.

Gununsesi.info xəbər verir ki, hərbçilər PKK terror təşkilatı ilə toqquşma nəticəsində ölüb.

Qeyd olunur ki, hazırda Karineş bölgəsində əməliyyatlar davam etdirilir.

Xatırladaq ki, Türkiyə ordusunun PKK terror təşkilatı ilə mübarizəsi 1984-cü ildən başlayıb. 30-ildən çox davam edən qarşıdurmada 40 mindən çox adam həlak olub.

Gununsesi.info