“İqdırda qəzada ölən 8 nəfərdən təxminən 5-i Azərbaycan vətəndaşıdır” - Baş konsul - YENİLƏNİB

  • By admin
  • 20 Fevral 2017 14:40

 

iqdir

 

İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ölən və yaralananlar arasında azərbaycanlılar da var.

Gununsesi.info bildirir ki, bu barədə APA-ya Azərbaycanın Qarsdakı Baş konsulluğundan məlumat verilib.

***

“İqdır-Naxçıvan yolunda baş verən qəzada yaralananlar arasında 26 Azərbaycan vətəndaşı var”.

Bunu isə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O, qəzada ümumilikdə 8 nəfərin öldüyünü bildirib:

“Onlardan neçəsinin Azərbaycan vətəndaşı olması Türkiyənin müvafiq orqanları ilə dəqiqləşdirilir. Hazırda Azərbaycanın Qarsdakı baş konsulu və konsulluğun əməkdaşları Türkiyənin müvafiq orqanları ilə əlaqəli şəkildə yaralılara dəstək və yardım göstərirlər. Baş konsul özü də xəstəxanadadır”.

**

“Son məlumata əsasən, İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ölən 8 nəfərdən təxminən 5-i Azərbaycan vətəndaşıdır”.

Bunu da  öz növbəsində Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev deyib.

Diplomat bildirib ki, hadisə nəticəsində 28 nəfər yaralanıb, onlardan 26-sı Azərbaycan vətəndaşıdır.

***

Onu da qeyd edək ki, hadisə yerində avtobus sürücüləri 44 yaşlı Əli Karadağ və 38 yaşlı Hüseyin Otanla birlikdə 40 yaşlı “TIR” sürücüsü Okay Turanın da cəsədi aşkar edilib.

Gununsesi.info