İranın müdafiə nazirinin Azərbaycana səfər proqramı açıqlanıb

  • By admin
  • 20 Fevral 2018 12:19
İranın müdafiə naziri Əmir Hatəmi fevralın 21-dəmAzərbaycana ikigünlük rəsmi səfərə gələcək.
Bu barədə Gununsesi.info-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
 Bildirilib ki, Ə.Hatəminin  fevralın 21-də Azərbaycana  reallşacaq səfər  çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, azərbaycanlı həmkarı Zakir Həsənov, müdafiə sənayesi naziri Yavər Cmalov və digər rəsmilərlə görüşü nəzrdə tutulub. Səfər zamanı iranlı nazirin Azərbaycanın  Silahlı Qüvvələri və hərbi sənaye kompleksi ilə tanışlığı da nəzərdə tutulur.
Bakıda keçirilən görüşlərdə iki ölkə  arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələləri, regiondakı hərbi-siyasi durum,  eyni zamanda  oktyabr ayında Bakıda Azərbaycan və İran müdafiə nazirliklərinin təmsilçilərinin iştirakı ilə keçirilən ilk  Birgə Hərbi Komissiyasının qərarlarından irəli gələn məsələlər müzakirə olunacaq və müvafiq sənədin imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, 2017-ci iln oktyabrın 24-də Bakıda Azərbaycan-İran Birgə Hərbi Komissiyasının iclası keçirilib  və burada tərəflər bölgəmizdə sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi  məqsədi ilə İranla Azərbaycanın hərbi, hərbi-texniki sahələrdə əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər. İlk Birgə Hərbi Komissiyanın iclasının yekunu olaraq iki ölkə arasında əməkdaşlıq sənədi imzalanıb.
Mürtəza
Gununsesi.info