“İranla razılaşmaya yenidən baxılmalıdır”

  • By admin
  • 20 Sentyabr 2017 20:55

makron

İranın nüvə proqramı ilə bağlı razılaşma saxlanılmalıdır, lakin ölkənin raket fəaliyyəti, eləcə də 2025-ci ildən sonra Tehrana məhdudiyyətlərlə bağlı bəzi müddəalar əlavə edilməlidir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron deyib.

“Hesab edirəm ki, 2015-ci il razılaşması saxlanılmalıdır, çünki yaxşı sənəddir. Nüvə razılaşmasını tamamilə ləğv etmək səhv olardı”.

Onun sözlərinə görə, sazişin mətninə iki və ya üç element əlavə olunmalıdır: “Balistik raketlərə diqqət yetirilməlidir, bu, 2015-ci ilin razılaşması ilə əhatə olunmur. İkincisi, 2025-dən sonra baş verəcəklərdir”.

Gununsesi.info