Kənd Təsərrüfatı Nazirliyi hüquqi və fiziki şəxslərə qrant verə biləcək - FƏRMAN

  • By admin
  • 08 Dekabr 2016 18:52

kand

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-də “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb.

Gununsesi.info xəbər verir ki, Fərmana əsasən, “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”na 7-1-ci hissə əlavə olunmaqla, Kənd Təsərrüfatı Nazirliyinin adı artırılıb.

Gununsesi.info