Kadir İnanır “kriminal avtoritet” olacaq - MƏŞHUR AKTYOR YENİDƏN EKRANLARA QAYIDIR

  • By admin
  • 27 Mart 2017 21:35

kadir inanir

Türkiyənin ən sayılıb-seçilən aktyorlarından biri olan Kadir İnanır “Gold Film”in təqdim etdiyi yeni serialla – ”Ali Ekber Cevahir”lə uzun illərdən sonra yenidən ekranlara qayıdır.

Gununsesi.info tvhaberlerim.com-a istinadən bildirir ki, uzun illərdir ekranlarda görünməyən Kadir İnanır yeni sezonda kriminal aləmdə ad qazanmış kabadayı obrazı ilə sevənlərinin qarşısına çıxacaq.

Belə ki, bu ilin sentyabr ayında yayıma başlamalı olan ”Ali Ekber Cevahir”serialında Kadir İnanır vaxtilə İstanbulda “kriminal avtoritet” kimi ilə ad qazanan, cinayət aləmində ən hörmətli şəxslərdən sayılan Qalatalı Eşref obrazını canlandıracaq.

Qeyd edək ki, çəkilişlərinə iyul ayında başlayacaq serialın rejissoru Faruk Turgutdur.

Gununsesi.info