Kafein və enerji içkiləri haqqında - TANINMIŞ UZMAN DOKTOR YAZIR

  • By admin
  • 20 İyun 2017 13:00

13323535_10154206167993180_5879418160574397244_o

Tanınmış uzman doktor Vasif İsmayıl özünün facebook səhifəsində kafein və enerji içkiləri haqqında maraqlı yazı paylaşıb. 

Gununsesi.info olaraq həmin yazını təqdim edirik:

Bir qutu enerji içkisi yaxşı dəmlənmiş 1 fincan qəhvə qədər kafein daxil edir.

Qəhvə heç olmazsa qəhvə qədri bilənlər tərəfindən şəkərsiz içilir. Enerji içkiləri isə çox vaxt şəkərli.

Enerji içkiləri plovu ovuclayaraq yeməyə oxşayır. Qəhvə də qaşıqla yemək kimi kübar bir şey olmasa da, heç olmazsa 3 barmaqla “əfəndi-əfəndi” yemək kimidir.

İnsan övladı qədimdən bu yana müəyyən içkilərlə ruh halını dəyişməyi sevir.

Məsələn, şəkər dadı insana xoşbəxtlik verir.

Çay və qəhvə isə gümrahlıq verir.

Əski zamanlarda şəkərli içkiləri uzun müddət saxlamaq olmurdu. Şəkər də az idi, doğrusu.

Çay və qəhvə dəmləmək isə müəyyən vaxt alırdı. Əlini atdığın anda indiki kimi hazır qəhvə harada idi?!

Zəmanə dəyişdi. Hər şey sənayeləşdi və…yayğınlaşdı.

Meydana kola və daha sonra enerji içəcəkləri çıxdı. Hazırlamaq üçün vaxt lazım deyil – əlini atdığın anda içə bilərsən.

Çox adam enerji içəcəklərinin zərərlərindən danışır. Qorxulan nədir, görəsən?

Enerji içəcəklərinin içində çox şey var, lakin əsas təsiredici maddələr şəkər və kafeindir.

Şəkər hamının bildiyi maddədir. Əsas enerji mənbəyimizdir, tez qocalmağa, şəkər xəstəliyinə və xərçəngə səbəb olur. Bütün bunların mürəkkəb mexanizmləri vardır və hər şey dediyim kimi birmənalı deyildir, lakin bütün bu mürəkkəb prosesləri sadə vətəndaşın anlayacağı həcmə yuvarlaqlaşdıranda ortaya elə mən deyənlər qalır.

Kafein daha maraqlıdır. Ənənəvi olaraq insanlar kafeini çay və qəhvə ilə qəbul edirdilər.

Necə təsir edir?

İnsan orqanizmi superkompüter və robot olmadığı üçün müntəzəm olaraq dincəlməlidir. Əslində superkompüterlər və hətta robotlar da dincəlirlər, amma yenə də insana görə iş qabiliyyətini daha uzun müddət saxlaya bilirlər.

İnsan isə gündəlik fəaliyyəti sırasında iş qabiliyyətini tədricən itirir və mütləq istirahət etmək ehtiyacı doğulur.

İnsan orqanizmi yuxuda istirahət edir.

İnsanı yuxudan edən bir neçə mexanizmdən biri adenozin maddəsidir. O, hüceyrələrimizin əksəriyyətini sanki qamçılıyaraq işləməyə məcbur edir. Xüsusilə də sinir sistemi hüceyrəlirimizi.

Adenozin müntəzəm olaraq müəyyən fermentlər tərəfindən ortadan qaldırılır. Onun səviyyəsi ilə insanın iş qabiliyyəti arasında əlaqə olduğu üçün orqanizm dincəlmək istədiyində adenozini yığışdırmalıdır. Yoxsa yatmaq istəyən orqanizmə “Haydı, qalx əsgər” desən, necə yuxuya gedə bilərsən?

Kafein adenozini ortadan qaldıran sistemi pozur. Müvəqqəti olaraq əlbəttə.

İşin qısası, kafein stimulyatordur.

Sırf stimullaşdırdığı üçün də insanın

-qan təzyiqini qaldırır,
-ürək döyüntülərini artırır,
-damarları sıxır.

Yəni maşının qazına basaraq sürəti artırır.

İndi maşına həmişə qaz verərək yüksək dövrdə sürərsəniz, maşınınız tez xarab olacaq.

Doğrudur, bəzən qaza basmaq lazımdır. Amma dozasını da bilməlisən axı.

Aşağıda verdiyim cədvəldə müxtəlif içkilərdə kafein miqdarı göstərilmişdir.

Yaxşı dəmlənmiş qəhvənin 225 qramında 100 milliqram kafein var. Çayda bu rəqəm onun yarısı qədərdir.

RedBull-da 80 milliqram. Bəzi enerji içkilərində kafein miqdarı artıq qramlarla ölçülür.

Qəhvə aşiqi olan biri günə ən çox 2 fincan qəhvə dəmləyə bilər. RedBull-da isə bunun yarısı qədər kafein vardır.

Amma kim bir qutu RedBull içir ki?!

Məsələn, mən, həftəyə 8 fincana qədər qəhvə içirəm. Enerji içkiləri və kola isə ilə 1 qutu.

Xoşbəxtəm.

Фото Васифа Исмайыла.

 

Vasif İsmayıl

Uzman doktor

Gununsesi.info