Kişi arvadını və qayınanasını bıçaqladı

  • By admin
  • 20 Sentyabr 2017 21:32

 

bicaqladi

Daşkəsəndə bıçaqlanma olub.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bayan kəndində qeydə alınıb.

Kənd sakini Cəfərova Şücayət və onun qızı 1994-cü il təvəllüdlü Cəfərova Əfsanə bıçaq yaraları ilə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib.

Vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, münaqişə zəminində kənd sakini qayınanası Ş. Cəfərovanı və onun qızı Ə. Cəfərovanı bıçaqlayıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info