“Kürdlər bizim dostlarımızdır” - ƏRDOĞAN

  • By admin
  • 20 Sentyabr 2017 08:10

cumhurbaskan-i-erdogan-dan-israil-e-mescid-i-9861602_3528_o

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankaranın kürdlərə qarşı köklənmədiyini bildirib. 

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, R.T.Ərdoğan bunu “PBS NewsHour” nəşrinə müsahibəsində bildirib.

“Biz kürdlərə qarşı yox, terror təşkilatına qarşı çıxış edirik, kürdlər isə bizim dostlarımızdır”, – deyə R.T.Ərdoğan qeyd edib.

Türkiyə prezidenti ölkəsinin Aİ-yə üzvlüyünə dair vəziyyəti şərh edib: “Onlar gərək bəyanatla çıxış etsinlər. Bizi qəbul etməyə hazırdırlar ya yox? Biz hər şeyə hazırıq”, – deyə o qeyd edib.

Gununsesi.info