Lapşinin məhkəməsinin baxış iclası iyunun 30-na təyin edilib

  • By admin
  • 22 İyun 2017 14:58

lapsin

Bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başa çatıb.

Gununsesi.info xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Aleksandr Lapşin prosesdə İsrail, Ukrayna və Rusiya vətəndaşlığını daşıdığını, himayəsində azyaşlı uşağı olduğunu deyib. Bildirib ki, ittiham aktı ilə tanış olub. O, sonuncu yaşayış yerinin İsrail olduğunu da deyib.

Aleksandr Lapşinin vəkili hər hansı vəsatətlə çıxış etməyib.

Məhkəmənin baxış iclası iyunun 30-na təyin edilib.

Gununsesi.info