Londonda növbəti dəhşət yaşandı: AZI 1 NƏFƏR ÖLDÜ, 10 NƏFƏR YARALANDI - YENİLƏNİB

  • By admin
  • 19 İyun 2017 09:05

london-yeni-1

Londonda məscidin yaxınlığında naməlum şəxslər avtomobili kütlənin üzərində sürüblər.

Daha sonra bıçaqla silahlanmış şəxs avtomobildən düşərək insanlara hücum edib.

Gununses.info KanalD-yə istinadən xəbər verir ki, insident nəticəsində ən azı 10 nəfər xəsarət alıb.

Hadisənin törədən avtomobildə 3 nəfərin olduğu bildirilir. Onlardan biri polis tərəfindən saxlanılıb, digər iki nəfər isə qaçmağa müvəffəq olub.

Hadisənin terrorla əlaqəli olub-olmaması araşdırılır.

Hələ ki, rəsmilər bu barədə açıqlama verməyiblər.

***

KanalD-nin son məlumatına görə, hadisə zamanı 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Gununsesi.info