Məktəb yoldaşını döyərək öldürdü –  Masallıda

  • By admin
  • 29 May 2017 14:58

fb128f13280ff0597c126faea3773e8a

 

Mayın 27-də Masallı rayonunun Boradigah qəsəbəsi ərazisindən qəsəbə sakini, 17 yaşlı Kənan Əliyev xəstəxanaya gətirilib və orada ölüb.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, araşdırmalar zamanı K.Əliyevin həmin gün qəsəbə ərazisindəki təhsil aldığı orta məktəbin həyətində 11-ci sinif şagirdi olan İbrahim Rükabzadə tərəfindən döyülməsi müəyyən edilib.

İ.Rükabzadə Masallı RPŞ-nin əməkdaşları tərəfindən tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.

 

Gununsesi.info