Mahnı Teatrında “Xocalı” tamaşası nümayiş olunacaq

  • By admin
  • 23 Fevral 2017 15:32

xocali-5

Fevralın 26-da R.Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət “Günay” Uşaq Studiyasının ifasında Xocalı faciəsinə həsr olunmuş “Xocalı” tamaşası nümayiş olunacaq.

Teatrdan Gununsesi.info-ya bildirilib ki, faciə qurbanlarının xatirəsinə həsr olunmuş, maarifləndirmə, təbliğat xarakteri daşıyan tamaşaya giriş sərbəstdir.

Şair-publisist, Zərəngiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında səhnələşdirilən tamaşanın rejissoru Larisa Tarusova, baletmeysteri Günəş Talıblıdır.

Gununsesi.info