“Manisaspor” azərkeşlərindən yardım istədi…

  • By admin
  • 23 İyul 2017 22:30

avropa-futbol

Türkiyənin “Manisaspor” klubu maraqlı addımla diqqət mərkəzinə gəlib.

Gununsesi.info-nun məlumatına görə, PTT 1-ci liqa təmsilçisi azarkeşlərindən maddi yardım istəyib.

Portuqaliyalı futbolçu Ariza Makukulanın komandadan ayrıldıqda sonra yaranmış borcu ödəyə bilməyən manisalılar bir neçə dəfə məhkəməlik olub. Yaranmış maddi çətnilikdən xilas olmaq istəyən “Manisaspor” çarəni azarkeşlərə müraciət etməkdə görüb.

Rəsmi bank hesabını paylaşan klub azarkeşlərdən yardım etmələrini xahiş edib.

Qeyd edək ki, Makukula 2010-2012 mövsümləri arasında “Manisaspor”da çıxış edib.

Gununsesi.info