Milli Məclisdən məhbuslara müjdə - AZADLIĞA YOLLARI AÇILIR

  • By admin
  • 20 Oktyabr 2017 14:54

hebsxana-1

Azərbaycan prezidentinin cəzaların humanistləşdirilməsinə dair Cinayət Məcəlləsinə təklif etdiyi əlavə və dəyişikliklər layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.

Gununsesi.info-nun məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Layihədə yeni cəza növünün – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq olunması, bəzi cəza növləri üzrə azadlıqdan məhrumetmənin maliyyə sanksiyaları ilə əvəzlənməsiylə birlikdə 300-dən çox dəyişiklik, o cümlədən 34 cinayət üzrə cəzanın müddətinin azaldılması təklif edilir.

Layihə səsə qoyularaq qəbul olunub.

Gununsesi.info