Millimizdən əzmkar qələbə: Prezident ayaq üstə alqışladı – Foto

  • By admin
  • 24 Sentyabr 2017 20:11

ilham-pre

19:16

Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin üçüncü günündə “A” qrupunda yer alan milli komandamız Polşa yığması ilə qarşılaşır.

Gununsesi.info xəbər verir ki, ilk set komandamızın xeyrinə başa çatıb. Hazırda ikinci set oynanılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxır.

Baş məşqçi Faiq Qarayev start heyətdə Kseniya Pozdnyak, Yelizaveta Səmədova, Nataliya Məmmədova, Kristina Yaqubova, Polina Rəhimova, Alyona Həsənova və Valeriya Məmmədovaya şans verib.

Xatırladaq ki, ilk oyunda komandamız Macarıstana 3:0 hesabı ilə qalib gəlib. Komandamızın qrupdakı rəqiblərindən Polşa Almaniyanı 3:2, Macarıstanı isə 3:1 hesabı ilə məğlub edib. Millimiz Polşa ilə matçda qrupdan çıxmaq üçün doğma meydanda növbəti qələbəsini qazanmağı hədəfləyir.

Hazırda 5 xala malik Polşa qrupda liderdir. Azərbaycan yığmasının 3, Almaniyanın 1 xalı var. İki görüşdən məğlub ayrılan Macarıstan isə xalsızdır.

Qeyd edək ki, bu qrupun digər görüşündə Macarıstan və Almaniya komandaları qarşılaşacaqlar. Bu görüşə isə saat 20:30-da start veriləcək.

***

Qadın voleybolçulardan ibarət milli komandamız gərgin keçən oyunda Polşa yığmasını 3-0 məğlub edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın bu qələbəsini ayaq üstə alqışlayıb.

 

Gununsesi.info