Mingəçevirin yeni DYP rəisindən narazılıq - YOL NİŞANLARININ YERİNİ İSTƏDİYİ KİMİ DƏYİŞİR

  • By admin
  • 23 Noyabr 2017 12:00

Mingəçevir Şəhər Polis Şöbəsinin Yol Polisi Bölməsinə təyin olunan yeni rəis Tahir Əliyevlə bağlı Gununsesi.info-ya şikayət məktubu daxil olub.

Saytımızın elektron ünvanına bir qrup sürücü adından göndərilən məktubda yeni rəisin şəhərin küçə və prospektlərindəki yol nişanlarının yerini istədiyi kimi dəyişməsindən söhbət açılır.

Belə ki, Tahir Əliyev nəqliyyatın hərəkətinə hər hansı bir məhdudiyyət yaratmayan yerlərdə parklanmanı qadağan edən nişan vurub. Halbuki uzun illərdir həmin küçə və prospektlərdə avtomobillərin dayanmasına hər hansı bir məhdudiyyət qoyulmayıb.

Ancaq bir neçə gündür ki, DYP rəisi postuna təyinat alan Tahir Əliyev bütün küçələrdə istədiyi kimi yol nişanlarını yerləşdirir.

Qeyd edək ki, yol nişanlarının vurulması, onların yerinin dəyişdirilməsi aidiyyatı qurumlarla birlikdə Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanununa və “Yol hərəkəti və siqnallar haqqında” Vyana konvensiyasına əsasən nizamlanır.

Gununsesi.info