MSK “exit poll” keçirəcək təşkilatları qeydə alıb - SİYAHI

  • By admin
  • 24 Mart 2018 14:16
Bu gün Mərkəzi Seçki Komisiyasının (MSK) növbəti iclası keçirilib.
Gununsesi.info xəbər verir ki, Məzahir Pənahovun sədrliyilə keçirilən iclasda 4 təşkilatın aprelin 11-nə təyin olunmuş prezident seçkilərində “exit poll” keçirmələri ilə bağlı müraciətlərinə baxılıb.
Bunlar “Els” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, , Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzidir.
MSK həmin təşkilatları qeydə alıb.
Gununsesi.info