MSK Prezidentliyə namizədlərə ayrılacaq efir vaxtının bölgüsü üçün komissiya yaradıb

  • By admin
  • 17 Mart 2018 17:10


Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, iclasda aprelin 11-nə təyin edilən Prezident seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə Püşkatma Komissiyasının yaradılması, püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi məsələsinə baxılıb.

MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, bu il də İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən namizədlərə ödənişsiz efir vaxtı ayrılacaq: “Bu müddət 3 saat televiziya, 3 saat radioda olmaqla 6 saat təşkil edəcək”.

Püşkatma MSK-nın martın 19-da keçiriləcək iclasında olacaq.

Qeyd edək ki, seçkiqabağı təşviqat martın 19-da başlayacaq.

Gununsesi.info