Müşviq Şahverdiyev evlənir - GƏLƏCƏK HƏYAT YOLDAŞI ONDAN 10 YAŞ KİÇİKDİR

  • By admin
  • 23 Noyabr 2017 17:40

Aktyor Müşviq Şahverdiyev evlənir.

Gununsesi.info-nun məlumatına görə, aktyorun toyu dekabrın 18-də baş tutacaq. Şəhər restoranlarından birində keçiriləcək toya şou-biznes nümayəndələri də dəvət olunacaq.

Qeyd edək ki, Müşviq açıqlamasında ailə qurmağa hazırlaşdığı xanımın ailə dostlarının qızı olduğunu demişdi. Gələcək həyat yoldaşı aktyordan 10 yaş kiçikdir. Xanım Ukraynada yaşayır və orada müəllimə kimi fəaliyyət göstərir.

Gununsesi.info