“Nə qədər “Fənərbaxça”lı olsam da…” - ƏRDOĞAN DA "BEŞİKTAŞ"I TƏBRİK ETDİ

  • By admin
  • 29 May 2017 22:57

besiktas

“Nə qədər “Fənərbaxça”lı olsam da, “Beşiktaşı” təbrik etmək boynumun borcudur”.

Gununsesi.info-nun xəbərinə görə, bunu “Fənərbaxça” futbol klubunun azarkeşi olan Türkiyə prezidenti Rəcəb  Tayyib Ərdoğan “Beşiktaş”ın Türkiyə çempionu olmasına münasibətini bildirəkən qeyd edib.

Qeyd edək ki, “Beşiktaş” klubu dünən tarixində 15-ci dəfə Türkiyənin futbol üzrə çempionu adını qazanıb.

Bu gün isə Ankarada keçirilən toplantılardan birində çıxışı zamanı Ərdoğan “Beşiktaşı” çempion olması münasibəti ilə təbrik edib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info