Nadir Qafarzadə qəzaya düşdü - FOTO

  • By admin
  • 20 İyul 2017 17:24

nadir-gafarzade-444

Müğənni Nadir Qafarzadə avtomobil qəzası keçirib.

Gununsesi.info axşam.az-a istinadən bildirir ki, ifaçı bildirib ki, ağır xəsarət alan olmayıb:

“Bu gün mənim üçün uğurlu olmadı. Buna baxmayaraq həyat davam edir. Allahın yazdığı yazını pozmaq olmur. Maşında tək deyildim. Şükür ki, özümüzə heç nə olmadı”.

İfaçı əməkdaşımızla söhbətində bunları əlavə edib:

“Canıma gələn malıma gəlsin. Hərdən nəzərə inanmıram. Amma göz həqiqətən var. Bundan da pis ola bilərdi. Allahın mənə rəhmi gəldi”.

Gununsesi.info