NATO baş katibi Lavrovla bir sıra məsələləri müzakirə edib

  • By admin
  • 22 Sentyabr 2017 08:40

Yens-Stoltenberq

NATO baş katibi Yens Stoltenberq Rusiya XİN rəhbəri Sergey Lavrovla Şimali Koreya və Əfqanıstanı müzakirə etdiyini bildirib.

“Biz Əfqanıstanı və yayılmama məsələləri ilə əlaqədar problemləri müzakirə etdik. O cümlədən Şimali Koreyadan gələn təhlükələri müzakirə etdik”, – deyə Yens Stoltenberq qeyd edib.

Görüş Nyu Yorkda, BMT Baş Assambleyanın 72-ci sessiyası çərçivəsində baş tutub.

Gununsesi.info