Oğurluqda şübhəli bilinən şəxslər tutulub

  • By admin
  • 22 Aprel 2017 10:40

ogru
Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşları tərəfindən aprelin 19-da rayon ərazisində “KamAZ” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş İsmayıl Baxşəliyev tutulub.

Bundan başqa Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 17-də rayon ərazisindəki mağazalardan birindən 434 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Yevlax rayon sakinləri Dilarə Abdullayeva, Cəmilə Bəkirova və qardaşı Samir tutulublar.

Anar
Gununsesi.info