Ölkə üzrə pambıq tədarükü 200 min tonu ötüb

  • By admin
  • 12 Dekabr 2017 16:22

Dekabrın 12-dək ölkə üzrə 200 min 317 ton pambıq tədarük olunub. 

Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Xatırladaq ki, ölkədə pambıq istehsalı üzrə ən yüksək nəticə 1981-ci ildə əldə olunmuşdu. O vaxt Azərbaycanda 1 milyon tondan çox pambıq yığılmışdı. Sonradan bu sahəyə diqqətin zəifləməsi pambıqçılıqda tənəzzülün yaranmasına gətirib çıxarmışdı. Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb.

Gununsesi.info