Oteldə qadının çantasından oğurluq edən şəxs saxlanılıb

  • By admin
  • 22 May 2017 12:47

5-e6c93685e_news_large

Gəncə şəhərindəki otellərdən birində bir qadının çantasından qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, mayın 19-da Gəncə şəhəri ərazisindəki otellərdən birində Bakı şəhər sakini olan bir qadının çantasından 1000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən orada xadiməçi işləyən Gəncə şəhər sakini Sevinc Quliyeva saxlanılıb.

Anar
Gununsesi.info