Peru yığmasının DÇ-2018-də iştirakı ləğv edilə bilər

  • By admin
  • 23 Noyabr 2017 08:35

Futbol üzrə Peru yığması 2018-ci il Dünya Çempionatında iştirakdan məhrum edilə bilər

Gununsesi.info xəbər verir ki, yerli siyasətçi Paloma Noseda ölkənin futbol federasiyasının dövlətin tam nəzarəti altına keçməsini nəzərdə tutan qanun qəbul etməyi təklif edib. Bu isə FİFA-nın qaydalarına ziddir.

Qanun qəbul edildiyi təqdirdə, Peru Futbol Federasiyası FİFA-nın üzvlüyündən kənarlaşdırıla  bilər. Bu halda Peru millisi  mundialda iştirak etmək hüququndan məhrum ediləcək.

Gununsesi.info