Poza verərkən paltarı cırıldı, özünü itirmədi – Fotolar

  • By admin
  • 19 Yanvar 2017 20:18

3c42a21100000578-4134732-twin-power-lopez-also-thanked-her-twins-emme-and-maximilian-duri-a-17-1484803734541-983

 

Ötən gecə Los-Anceles şəhərində “Microsoft” teatrında “People’s Choice Awards ” mükafatlandırma mərasimi keçirilib.

Gununsesi.info “OK” nəşrinə istinadən xəbər verir ki, “Shades of Blue” filmindəki roluna görə mükafata layiq görülən 47 yaşlı amerikalı müğənni Cennifer Lops 43-cü dəfə təşkil edilən tədbirdə modelyer Rima Akranın tikdiyi libası geyinib. Sənətçi qırmızı xalıda poza verərkən libası anidən cırılıb, lakin o, buna məhəl qoymayıb. Bu görüntü kameraların obyektivinə həkk olunub.

Qeyd edək ki, gecədə ən yaxşı aktyor Tom Hanks, ən yaxşı aktrisa Jennifer Lawrence, ən yaxşı komediya filmi “Bad Moms”, ən yaxşı dram filmi “Me Before You”, ən yaxşı aparıcı Ellen DeGeneres, ən yaxşı kişi müğənnisi Justin Timberlake, ən yaxşı qadın müğənnisi Britney Spears, ən yaxşı qrup isə “Fifth Harmony” elan olunub.

pic_8e3fa9610515b174043abcd218e09dab

24236482

Gununsesi.info