Prezidentin qərarının icrasına başlandı – Paytaxtda yeni layihə

  • By admin
  • 20 Aprel 2017 22:22

 ovcular2

 

“Ovçular evi”nin binası sökülür, hazırda ərazidə söküntü işləri davam edir. Ərazi Bakı Şəhər İcra Hakimiyyətinin xəbərdarlığı olan dəmir lövhələrlə bağlanıb.

Yasamal rayonu Həsən bəy Zərdabi küçəsində yerləşən “Ovçular evi”nin binası sökülür, hazırda ərazidə söküntü işləri davam edir. Ərazi Bakı Şəhər İcra Hakimiyyətinin xəbərdarlığı olan dəmir lövhələrlə bağlanıb. Xatırladaq ki, həmin xəbərdarlıq löhvəsində daha əvvəl “Müvəqqəti narahatlığa görə üzr istəyirik” qeydi və bina tikintisinə dair fotolar əksini tapırdı.

Söküntü işləri aparılan ərazidə özünü Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi kimi təqdim edən şəxsin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, ərazidə bina sakinlərinin rahatlığını təmin etmək üçün park salınacaq — “Mədəniyyət parkı”. O, park salma prosesinin bir neçə aya başa çatacağını bildirib.

Xatırladaq ki, bir müddət öncə həmin ərazidə “Ovçular evi”nin sökülməsi, ağacların qırılması və yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi xəbəri cəmiyyətdə ciddi narazılıqlara səbəb olmuşdu. KİV-də yer alan xəbərlərə görə, Milli Məclis üzvləri yaşayış binası tikiləcəkmiş.

 

Gununsesi.info