“Putinin Stouna göstərdiyi video barədə açıqlama: Yalan!"

  • By admin
  • 21 İyun 2017 22:17

 putin1

 

Rusiya Prezidenti Vladimir Putinin amerikalı rejissor Oliver Stouna verdiyi müsahibə zamanı göstərdiyi görüntülər Rusiya Müdafiə Nazirliyinə məxsusdur, ABŞ-ın apardığı əməliyyata aidiyyatı yoxdur.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Kremlin sözçüsü Dmitri Peskov çıxış edib.

“Bu iddialar yalandır. Görüntülərin Rusiya Müdafiə Nazirliyinə məxsus olduğunu təsdiqləyərəm. Müdafiə naziri Sergey Şoyqu görüntüləri Putinə verdi. Bir qismi də Putin tərəfindən Stouna göstərildi”, – Peskov qeyd edib.

Qeyd edək ki, Putin Stouna müsahibəsi zamanı Rusiyanın Suriyadakı hava əməliyyatlarının görüntülərini göstərmişdi. “Meduza” xəbər saytı isə Putinin göstərdiyi görüntülərin ABŞ-ın 2013-ci ildə Əfqanıstandakı hava hücumları ilə eyni olduğunu iddia etmişdi.

 

Gununsesi.info