“Qarabağ” “Atleriko”ya böyük hesabla məğlub oldu

  • By admin
  • 18 Oktyabr 2017 17:06

591445

Bu gün Gənclər Liqasının Çempionlar Liqası yolunda I dövrəyə yekun vurulacaq.

Gununsesi.info xəbər verir ki, qrup mərhələsinin III turunun oyunlarından biri Bakıda baş tutacaq.

Qitənin ən nüfuzlu klub turnirinə yüksələn “Qarabağ”ın U-19 komandası öz meydanında “Atleriko” ilə görüşəcək. Əsas komandanın kapitanı Rəşad Sadıqovun baş məşqçisi olduğu gənclər ilk xal və ilk qol üçün mübarizə aparacaq.

“Çelsi”yə 0:5, “Roma”ya 0:3 hesabı ilə uduzan ağdamlılar uğursuz seriyanı doğma publika önündə qırmalıdı. Azərbaycan komandaları indiyədək Gənclər Liqasında qol vurmadığı üçün “Qarabağ” tarixə ilklə də düşmək imkanına malikdi.

Qeyd edək ki, UEFA-nın “Qarabağ” stadionu kimi tanıdığı “Azərsun Arena”da baş tutacaq matç saat 14:00-da başlayacaq.

Gənclər Liqası

Çempionlar Liqası C qrupu, III tur

18 oktyabr
“Qarabağ” (Azərbaycan) – “Atletiko” (İspaniya) – 1:5
Qollar
: Yaroslav Deda, 18 – Karlos İsaak, 8; Oskar Klemente, 37; Toni Moya, 44; Aytor Punyal, 69; Alberto Salido, 88
Baş hakim: Vitali Meşkov
Baş hakimin köməkçiləri: Aleksey Lunyov, Nikolay Boqaç (hamısı Rusiya)
Dördüncü hakim: Rauf Cabbarov (Azərbaycan)
UEFA nümayəndəsi: Tamar Çixinadze (Gürcüstan)
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)
Bakı. “Qarabağ” stadionu

Qarabağ“: 40. Məmməd Hüseynov, 3. Turan Manafov, 18. Süleyman Əhmədov, 24. Yaroslav Deda, 31. Oliver Stoymenovski, 39. Zaur Fərzəliyev (k), 47. Əsgər Hüseynov, 49. İbrahim Əliyev, 51. Elçin Əsədov, 60. Pilağa Mehdiyev, 70. Misir Rüstəmov
Ehtiyat oyunçular: 63. Rəhim Rəhimli, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 36. Əli Əliyev, 38. Famin Əliyev, 43. Davud Mahmudov, 54. İbrahim Hüseynov
Baş məşqçi: Rəşad Sadıqov

Atletiko“: 1. Aleks dos Santos, 2. Karlos İsaak, 3. Fernando Kastanyaqa, 4. Aytor Punyal (k), 5. Fransisko Montero, 7. Salomon, 8. Toni Moya, 9. Covanni Navarro, 10. Oskar Klemente, 11. Xuan Aquero, 14. Adrian Ferreras Qarsiya
Ehtiyat oyunçular:  13. Errero Linares, 6. Mikel Karro, 12. Xose Karlos Aliaqa, 15. Xoakin Munyos, 16. Rodriqo Rikelme, 17. Endi, 18. Alberto Salido
Baş məşqçi: Manuel Kano Martin

Gununsesi.info