“Qarabağ” çempionat başa çatmamış çempionluğu təmin etdi - BU DƏFƏ VYANADA - FOTO

  • By admin
  • 29 May 2017 20:55

qarabaq-vyana

Vyana Şəhər Liqasında mübarizə aparan “Qarabağ” komandası çempionatın başa çatmasına üç tur qalmış çempionluğu təmin edib.

Gununsesi.info-nun xəbərinə görə, 16 komandanın yarışdığı Şəhər Liqasında 67 xalla cədvələ liderlik edən “Qarabağ” klubu ilə ikinci yerdə qərarlaşan “Mannsvört” klubu arasında 12 xal fərq mövcuddur.

Qeyd edək ki, azərbaycanlıların yaratdığı “Qarabağ” futbol klubu ötən il Avstriyanın II Landesliqasında çempion olub. Bu il Vyana Şəhər Liqasına yüksələn klub mövsüm ərzində sensasiyalı uğura imza ataraq, debüt etdiyi liqanın qalibi adını qazanıb. Bu uğurun ardınca “Qarabağ” növbəti yarış mövsümündə Şərq Regional Liqasında (Regional Liga Ost) çıxış edəcək. Bundesliqa və Birinci Liqadan sonra bu liqa ölkənin üçüncü ən güclü liqasıdır.

Klub Azərbaycan və Avstriya arasında dostluq münasibətlərini möhkəmləndirmək məqsədi ilə yaradılıb.

Vyana klubunun idarə heyəti 4 Azərbaycan və 2 Avstriya vətəndaşından ibarətdir.

Gununsesi.info