“Qarabağ” komanda olaraq yaxşı təsir bağışlayır - “Şerif”in kaitanı

  • By admin
  • 24 İyul 2017 22:22

serif

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda sabah “Qarabağ”ın qonağı olacaq “Şerif”in kaitanı Mateo Suşiç oyunöncəsi mətbuat konfransında iştirak edib.

Gununsesi.info-nun məlumatına görə, bosniyalı futbolçu rəqibin əsasən əks-hücumlarda təhlükəli olduğunu deyib.

O, paytaxtımızı tərifləməyi də unutmayıb: “Birinci dəfədi Bakıdayam. Bura çox gözəl şəhərdi. İstərdim ki, sabah yaxşı nəticə əldə edək.

“Qarabağ” komanda olaraq yaxşı təsir bağışlayır. Rəqib xüsusilə, əks hücumlarda daha təhlükəli olur”.

Gununsesi.info