Rəşad Dağlı ilə Nicatın əlbəyaxa davasının görüntüləri yayılıb – video

  • By admin
  • 19 Sentyabr 2017 22:35

133906_8bcvpdv3sb
Masallıda toyda Rəşad Dağlı ilə Nicat arasında olan davanın görüntüləri yayılıb.

Gununsesi.info a.24.az-a istinadən xəbər verir ki, hadisə Masallının Boradigah kəndində keçirilən toy mərasimində baş verib.

Belə ki, kənd sakini Hacı Etibarın oğlu Turalın toyuna gələn meyxanaçı Rəşad Dağlı ilə Nicat Mənalı aralarındakı deyişmədən sonra əlbəyaxa olublar.

Davaya səbəb isə Nicatın Rəşad Dağlının açdığı qafiyəni saxlatdırmasıdır. Buna qəzəblənən Rəşad həmkarına hücum çəkib. Nəticədə toy da yarımçıq dayandırılıb.

Daha sonra Rəşad Dağlı və Bakıdan onunla birlikdə gələn Vüqar Biləcəri toyu tərk edib.

https://www.youtube.com/watch?v=lvHxTE5t5k0

Gununsesi.info