Regionların investisiya mühitində durğunluq hökm sürür - RAYONLARIN İNVESTİSİY REYTİNQİ AÇIQLANDI

  • By admin
  • 16 Mart 2018 16:08

 

Azərbaycan rayonlarının 2017-ci illər üzrə investisiya reytinqi açıqlanıb.

Gununsesi.info xəbər verir ki, sözügedən reytinqi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi hazırlayıb.

Reytinqin hazırlanmasında təhsil, səhiyyə, infrasturktur, İnstitutların keyfiyyəti, iqtisadiyyata verilən töhfə,  əmək bazarının səmərəliliyi, ali təhsilli insanların sayının ümumi əhaliyə nisbəti; büdcə asılılığı və sair göstəricilər qiymətləndirmə alətlərində əsas  göstəricilər olub.

Regionların İnvestisiya Reytinqi cədvəlində 2017-ci il üzrə Bakı 0.078 balla birinci yerdədir. Sonrakı yerdə 0.63 balla Naxçıvan, 0.46 balla Mingəçevir durur. Ən sonuncu- 63-cü yeri isə Gədəbəy tutur.

2016-ci illə müqayisədə bəzi regionların yerində dəyişikliklər var.

 

İqtisadi rayonlar üzrə təhlil aparıldıqda  Abşeron regionu ilə bağlı əsas müşahidələr ondan ibarətdir ki, investisiya reytinqlərində ümumi artım nümayiş etdirib.

 Bakı və Xızada göstəricilər yüksək olsa da,  Sumqayıt şəhər üzrə reytinq dərəcəsinin enməsinin əsas səbəbi kimi səhiyyə sahəsinin geriləməsi göstərilir.

Gəncə-Qazax və Naxçıvan regionlarında isə  2015-ci il ərzində istifadə edilmiş əksər göstəricilər üzrə cüzi enmə müşahidə edilib, lakin səhiyyə sahəsində azalmanın təsirli dərəcədə olması vurğulana bilər.

Naxçıvan şəhəri reytinq dərəcəsinin yüksəldilməsinin əsas səbəbi isə  mərkəzləşdirilmiş büdcədən asılılığın azalmasıdır və digər şəhər və rayonlarda olduğu kimi infrastrukturun təkmilləşdirilməsidir.

Digər regionlarda isə hesabat dövrü ərzində istifadə edilmiş əksər göstəricilər üzrə cüzi enmə tendensiyası müşahidə edilib. Eyni zamanda əmək bazarının səmərəliliyi sahəsində azalmanın əhəmiyyətli dərəcədə enməsi vurğulanıb bilər.

Cəmi 23 rayonun investisiya reytinqi artsa da, digərlərindəi durğunluq və geriləmə müşahidə olunur.

Vüsalə

Gununsesi.info