Reketlər barədə 4 aylıq - Həbs qətimkan

  • By admin
  • 08 Dekabr 2016 23:07

r

 

Dövlət Təhlükəsizlik Xidmətinin son günlər “Azərbaycan” nəşriyyatında keçirdiyi xüsusi əməliyyatla saxlanılmış reket jurnalistlər haqqında həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun tapşırıqları əsasında fəaliyyət göstərən şəxslər Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs ediliblər.

Xatırladaq ki, Surxay Əliyev və adamları insanların intim videogörüntülərini yaymaqla onları şantaj etməkdə şübhəli bilinirlər. Habil Vəliyev də hədə-qorxu ilə tələb etmə cinayəti üzrə ittiham edilir.

 

Gununsesi.info