“Rusiya Almaniyanı qarışdırmaq üçün kiber-hücuma keçib” - Almaniya kəşfiyyatı

  • By admin
  • 09 Dekabr 2016 11:16
 kibar-1
Almnaiyanın daxili kəşfiyyatı bəyan edib ki, Rusiya bu ölkədə çaxnaşma yaratmaq məqsədi ilə  kiber-hücuma keçərək  geniş təbliğat-dezinformasiya kampaniyasına başlayıb.
Gununsesi.info  “Reuters”-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Almaniya  kəşfiyyatının rəhbəri Hans-Gerg Maass çıxış edib.
Maass bəyan edib ki,  onlar artıq  Ruisyanın  kiber-casusluq və kiber-əməliyyatlar vasitəsi ilə alman cəmiyyətində  çaxnaşma yaratmaq üçün  siyasi partiyalara , məmurlara qarşı aqressiv  hücum kampaniyalarının   başlandığının şahidi olurlar.
Alman kəşfiyyatının rəhbəri onu da deyib ki, bu kiber-hücumlar  alman hökumətini, məmurları, parlament üzvlərini və demokratik partiyaların nümayəndələrini  ciddi təhlükə altında qoya bilər.
Maas eyni zamanda, Rusiyanı Almaniyada keçirilən seçkilərə kobud şəkildə müdaxilə etməkdə ittiham edib.
Gununsesi.info