“Rusiyanın suverenliyinin boğulmasına çalışırlar” - DMİTRİY PESKOV

  • By admin
  • 14 Dekabr 2017 12:25

Bu gün bizə qarşı müşahidə edilən konfrantasiya Rusiyanın suverenliyinin boğulması və Rusiyanın suveren səsinin əlindən alınması cəhdidir.

Gunsesi.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov “Rossiya 24” telekanalına müsahibəsində Rusiyaya qarşı aparılan informasiya müharibəsi haqqında mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, bu yolla Rusiyanın artan imkanlarını və öz səsinin dünyaya çatdırılmasının qarşısının alınması cəhdlərini müşahidə edirik: “Yalan  və həqiqətlərə söykənməyən informasiyalar əsasında ölkəmizə qarşı informasiya müharibəsi həyata keçirilir”.

Peskov əlavə edib ki, onlar razı olmadığından Rusiyanı boğurlar: “Biz isə cavab veririk”.

Gununsesi.info