Səhiyyə Nazirliyi zəhərlənmələrin statistikasını açıqladı

  • By admin
  • 17 Yanvar 2017 12:21

sehiyye nazirliyi

2016-cı ildə ölkədə toksikoloji zəhərlənmə halları ilə bağlı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 2234 müraciət daxil olub.

Səhiyyə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, ötən il Azərbaycanda toksikoloji zəhərlənmə halları azalıb. Belə ki, 2015-ci ildə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 2462 müraciət daxil olub.
Məlumatda qeyd edilib ki, ötən il daxil olan müraciətlərin 32,8% lazımi şəraitdə saxlanılmayan, istifadə təlimatına uyğun olaraq qəbul edilməmiş dərmanlardan zəhərlənlərin (T36-T50), 21% – dəm və başqa qazların toksiki təsiri (T58/T59), 14,1% – yandırıcı məhlullardan zəhərlənmələrin (T54) payına düşür.

Gununsesi.info