Şəkidə 33 yaşlı qadın intihar edib

  • By admin
  • 19 Sentyabr 2017 23:18

intihar
Şəkidə 33 yaşlı qadın intihar edib. Hüquq-mühafizə orqanlarından APA-nın məlumatina görə, bu gün günorta saatlarında rayonun Baş Göynük kənd sakini, 1984-cü il təvəllüdlü Aynurə Dursunəli qızı Abdürəhmanovanın meyiti asılmış vəziyyətdə yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib. 33 yaşlı Aynurə Abdurəhmanovanın hələ ki istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

 

Gununsesi.info