Seneqal Qətərdəki səfirini geri göndərir

  • By admin
  • 22 Avqust 2017 11:18

03

Seneqal Respublikası Qətərdəki səfirini geri göndərəcəyini elan edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Qətərin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Əhməd Səid əl-Rumeyhi özünün “Tvitter” hesabında yazıb.

Belə ki, Qatar və ərəb ölkələri arasında baş verən diplomatik böhrandan sonra Seneqal iyunun 7-də məsləhətləşmələr aparmaq üçün səfirin Dohadan geri çağırıb.

Qətərin rəsmi xəbər agentliyi “QNA”da yer alan məlumata görə, avqustun 21-də Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Sani Seneqal Respublikasının prezidenti Macky Sall ilə telefon görüşməsindən sonra, səfirini Dohaya geri göndərilməsi barədə razılığa gəlinib.

Baş tutan telefon görüşməsi zamanı iki ölkə arasındakı əlaqələrin müxtəlif sahələrdə gücləndirilməsi, eləcə də Yaxın Şərq, xüsusilə də Körfəz böhranı kimi məsələlər müzakirə olunub.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub.

Anar

Gununsesi.info