Şimali Koreya ABŞ-a meydan oxuyur

  • By admin
  • 29 Aprel 2017 11:20

simali

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreya Şimali Koreyanın yeni balistik raket sınaqları keçirdiyini açıqlayıb. Uğursuz sınağa dərhal ABŞ-dan cavab gəlib.

Raketin paytaxt Pxenyanın şimalından atıldığı və bir neçə saniyə havada qaldığı açıqlanıb.

Şimali Koreyanın balistik raket sınaqlarına ABŞ dərhal reaksiya verib. ABŞ rəhbərliyi sınaqların uğursuz keçdiyini, raketin Şimali Koreya sərhədlərini keçmədən yerə düşdüyünü açıqlayıb.

Gununsesi.info