Şimali Koreya yeni nüvə sınağı keçirməyə hazırlaşır

  • By admin
  • 24 Aprel 2017 07:21

simali koreya nuve

Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni nüvə sınağının keçirilməsinə hazırlaşmağa başlayıb.

Gununsesi.info-nun tass.ru-ya istinadən verdiyi xəbərə görə, ekspertlər yeni peyk şəkiləərini analiz elədikdən sonra qərara gəliblər ki, sayca altıncı nüvə testi hər an həyata keçirilə bilər.

Xəbərdə deyilir ki, nüvə sınağının keçirilməsi 25 aprel – 9 may tarixlərində baş tuta bilər.

Belə ki, aprelin 25-də Phenyanda Koreya Xalq Ordusunun yaradılmasının ildönümü qeyd olunacaq, mayın 9-u isə Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçiriləcək.

Gununsesi.info