“Siqaretlərin üstündə nikotinin az olması barədə absurd məlumatlar yazılır “  - KOMİTƏ SƏDRİ 

  • By admin
  • 27 Aprel 2017 11:55

ehliman

“Bəzi layt siqaretlərin üstündə nikotinin az olması barədə məlumatın yazılması tütünə qarşı mübarizədə problem yaradır. Layt siqaretlərin insan orqanizminə ziyansız olması barədə verilən məlumatlar absurddur”.

Gununsesi.info məlumat verir ki, bunu Milli Məclisin (MM)  Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov aprelin 27-də  parlamentdə  “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericliyinin gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.

Komitə sədri  bildirib ki, dünyada tütünlə mübarizəyə qarşı hazırlanan qanunlarda birdən-birə sərt tədbirlər nəzərdə tutulmur:

“Birdən-birə ciddi sərtləşdirilmiş tədbirlər həyata keçirməyin nəticəsinin olacağına inanmıram. Biz nə qədər qadağalar qoysaq da, tütündən istifadə etmənin qarşısını tam ala bilməyəcəyik. Burada siqaretin keyfiyyəti məsələsi ortaya çıxıtr. Dünyada siqaret istehsal edən ölkəər buna qarşı mübarizəyə aparmağa başlayanda öz məhsullarını digər ölkələrə göndərirlər. Ölkəyə gətirilən siqaretlərin keyfiyyəti də müzakirə mövzusu olmalıdır”.

Ə.Əmiraslanov qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  məlumatına əsasən, dünyada hər 6 saniyədən bir tütün məmulatından istifadə edən 1 insan dəyişir:

“Hər il 15 milyon insan tütün məmulatından istifadə istifadəyə etdiyinə görə dünyasını dəyişir. Ağciyər xərcənginə rast gəlmə halları tütün məmulatlarından istifadə edənlər arasında etməyənlərdən 30 dəfə, miokart infaktı isə 15 dəfə çoxdur”.

Ə.Əmiraslanov deyib ki, siqaretin tüstüsündən əziyyət çəkənlərin hüquqlarının qorunmasına daha çox diqqət yetirilməlidir:

“Baxmaq lazımdır ki, siqaret çəkənlərin, yoxsa siqaretin tüstüsündən əziyyət çəkənlərin hüquqlarına üstünlük verək? Şübhəsiz ki, 2-ciyə üstünlük verilməlidir. Siqaret tüstüsündən əziyyət çəkənlərin böyük əskəriyyətinin uşaqlar olduğunu nəzərə alsaq, bunun nə dərəcə əhəmiyyətli olduğunu görmək olar”.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info