Somalidə partlayış nəticəsində ölənlərin sayı 300-ə çatıb

  • By admin
  • 17 Oktyabr 2017 08:50

partlayis132

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Somalinin paytaxtı Moqadişo şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 300 nəfərə çatıb.

Bundan əvvəl 267 nəfərin öldüyü, 300-ün yaralandığı bildirilirdi.

Oktyabrın 14-də Somalinin paytaxtı Moqadişonun mərkəzində içərisinə partlayıcı qurğu  yerləşdirilmiş yük maşını partladılıb. Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib

Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

Gununsesi.info