Sosial şəbəkələr boşanmalara səbəb olur -GUNAHKAR QADINLARDI

  • By admin
  • 16 Fevral 2017 13:49
bosanma_psikolojisi_b
“Bu gün baş verən boşanmaların 99 faizi ailədə qadınların sosial şəbəkələrdən istifadə etməsi və qadının ailəli olmasına baxmayaraq digərləri ilə yazışmasıdır. Bunun nəticəsində də yeni yaranan ailə tezliklə dağılır”.
Gununsesi.info xəbər verir ki, bunu Nizami rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova Mill Məclisdə keçirilən “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda təşkil edilən dəyirmi masada çıxışi zamanı deyib.
 
Onun sözlərinə görə, valideynlər də məsələyə qarışır və öz qızına haqq qazandırır: “Ona görə də ailə tez dağılır. XXI əsrin reallığı odur ki, ailələrdə milli-mənəvi dəyərlər yox olur. Ailədaxili münaqişələrin yaranmasının ilk səbəbi ağsaqqalla söhbət aparılmaması, ictimai qınaq məsələsinin olmamasıdır. Ancaq indi ictimai qınaq yoxdur. İkinci səbəb ailəyə valideynlərin qarışmasıdır.
Bu gün qeyri-rəsmi nikahların sayı artır. Ailə Məcəlləsində qeyri-rəsmi nikahlara qarşı cəza tədbiri müəyyənləşməlidir. Boşanan ailələrdə uşaqlarla görüş məsələsi ən ağrılı məsələdir. Əksəriyyət hallarda uşaq anada qalır. Ananın yanında qalan uşaqdan ana ailə kimi istifadə edir. Uşağı atası ilə görüşdürmür, ataya qarşı mənfi münasibət yaradır, sonradan həmin uşağın psixologiyası çətin olur.
Bu gün icra hakimiyyətlərinə müraciət edənlər deyir ki, həm əri, həm də uşaqları tərəfindən döyülür. Bu, artıq həyəcan siqnalıdır. Səbəbi də odur ki, uşaq anaya deyir ki, sən evdən getməlisən. Əvvəl isə analar əri tərəfindən döyülməsi ilə bağlı müraciət edirdi”.
Mürtəza
Gununsesi.info