Strateji valyuta ehtiyyatlarında artım var

  • By admin
  • 16 Mart 2018 12:48
Azərbaycanda yoxsulluq səviyyəsi 5.4 faizə enib.
Gununsesi.info xəbər verir ki, bunu baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyətinə dair hesabatını təqdim edərkən deyib. Nazir vurğulayıb ki, ölkədə yaşama müddəti 72.4-dən 75.4-ə yüksəlib. Baş nazirin sözlərinə görə, ötən il ərzində Azərbaycan uğurlara nail olub. A. Rasizadə  əlavə  edib ki, strateji valyuta ehtiyatlarında da artım müşahidə edilib. O əldə edilən uğurların səbəbini Prezidentin həyata keçirdiyi siyasətin xalq tərəfindən dəstəklənməsi ilə əlaqələndirib. 
 Mürtəza
 Gununsesi.info