Suriyada hava hücumu –  12 ölü

  • By admin
  • 25 Mart 2017 15:00

58d63c0ce50aa9049460ef6e

 

Suriyanın paytaxtı Şamın Qərbi Quta bölgəsində rejim qüvvələri tərəfindən hava hücumu həyata keçirilib.

Qafqazinfo”nun “Cnnturk”ə istinadən məlumatına görə, hadisə nəticəsində 12 mülki vətəndaş ölüb, çoxlu insan xəsarət alıb.

Həlak olanlar arasında uşaq və qadınların olduğu, yaralıların xəstəxanalara yerləşdirildiyi bildirilir.

 

Gununsesi.info